Məşhur xanəndə Pərviz Qasımovun başına iş gəlib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, muğam ifaçısı ayağından xəsarət alıb. O bu haqda "MTV"yə açıqlamasında bildirib.
Xanəndənin sözlərinə görə, hadisə klip çəkilişi zamanı baş verib. Sənətçi hündür məsafədən tullanıb və topuğu sınıb.
Xatırladaq ki, Pərviz Qasımov Keçmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir. O, sabiq nazirin qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı bir azyaşlı övladı var. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.
Milli.Az