Səfərbərlik Rusiyada sosial çatlar yaradır

19 Oktyabr 2022 12:04

Rusiyada qismən səfərbərliyin aparılması sosial çatlara səbəb olur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Rusiyada qismən səfərbərliyin qeyri-bərabər həyata keçirilməsi, Kremlin informasiya məkanında etnik azlıq icmalarının daha da sıxışdırılması sosial çatlar yaradır. Rusiya Moskvada səfərbərliyin oktyabrın 17-də başa çatdığını təsdiqləyib. Amma mülki əhali səfərbərlikdən narazılıqlarını bildirməkdə davam edir".

Milli.Az