Avro yenə ucuzlaşdı - Məzənnə

19 Oktyabr 2022 09:48

Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. 

Avronun məzənnəsi 0,2 % azalaraq 1,6727 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % artaraq 0,0275 manat təşkil edib.

Milli.Az