Xalq artisti Zaur Rzayev açıqlaması ilə gündəmə səs salıb.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, "Həmin Zaur" axşam şousunda qonaq olan sənətkara verilişin aparıcısı Zaur Kamal "Sonuncu dəfə nə vaxt əsəbiləşib, səsinizi yüksəltmisiniz" sualına verdiyi cavabı diqqət çəkib.
"Mən elə şeylərdən qaçıram. Evdə ola bilər. Evdə də kimdir? Xanımındır, sənsən. İki nəfərin söz-söhbəti ola bilər.
O da başqa mənada yox. Hərənin bir düşüncəsi var, amma evin kişisi mənəm. Evin qapısı döyüləndə mən açıram, qadın açmır. Demək ki, kişi kişilik adını saxlamalıdır. Hər kostyum geyinən kişi deyil".
Milli.Az