“Elə bil atamın dükanıdır, bilet istəyirlər”

19 Oktyabr 2022 10:44

Xalq artisti Eldar Mansurov "Şənbə axşamı" verilişinə qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, oktyabrın əvvəlində Heydər Əliyev Sarayında 70 illik yubileyinə həsr olunmuş konsertindən danışan bəstəkar yaşdadığı çətinliklərdən söhbət açıb:

"Elə bil atamın dükanıdır, məndən bilet istəyirlər. Müəllif konserti olduğuna görə müəyyən sayda bilet verilmişdi. Məsələn, 300 nəfər qonaq dəvət edəcəyimi nəzərdə tutmuşamsa, mənə də 100-150 bilet veriblər. Qalmışam ki, onun-bunun arasında necə bölüm. Xeyli bileti də cibimdən pul verib alıb, paylamışam. Çox çətin məsələdir. Dəvətnamələri verəndə sanki toydakı kimidir. Kimi kimin yanında otuzdurasan. Bu ən böyük problemdir".

Milli.Az