Atı aktyora 1,7 milyon qazandırdı - FOTO

19 Oktyabr 2022 12:52

Türkiyəli aktyor Emre Karayelin "Yiğit kardeş" adlı atı yarışda iştirak edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 10.Osmanlı Padişahı Kanuni Sultan Süleyman adına təşkil olunan yarışda aktyorun atı birinci olub.

"Yiğit Kardeş" Karayelə 1 milyon 707 min lirə (təxminən 156 min 190 manat) qazandırıb. Ailəsiylə birgə yarışı izləyən aktyor kubokla birgə çəkilən şəkillərini sosial şəbəkədə paylaşıb.

Milli.Az