Azərbaycanlı gəlini Van Dammı belə təbrik etdi - FOTO

19 Oktyabr 2022 09:08

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə sosial şəbəkədə paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi qayınatası və ərinin fotosunu izləyiciləri ilə bölüşərək aktyorun 62 yaşının tamam olduğunu bildirib.

Suada paylaşımına "Jan-Klod ata, ad günün mübarək" sözlərini yazıb.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub.

Milli.Az