Qonşu ölkədə bu itlərin saxlanmasına qadağa qoyulur

19 Oktyabr 2022 20:12

Gürcüstanın Heyvanların Monitorinqi Agentliyi ölkədə aqressiv it cinslərinin saxlanmasına və artırılmasına qadağa qoyulmasına nail olmağa çalışır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin baş hüquqşünası Kaxaber İoseliani oktyabrın 18-də mətbuat konfransında məlumat verib.

"Bu həftə ərzində aqressiv itlər tərəfindən bir neçə nəfərin dişləməsi halları qeydə alınıb. Bələdiyyələrin öz qaydaları var, lakin hazırda ev heyvanları üçün ölkə daxilində tətbiq olunan vahid qanunvericilik yoxdur", - İoseliani bildirib.

O qeyd edib ki, Tiflisdə aqressiv cins itləri gəzdirməyə icazə verilən günün vaxtı ilə bağlı məhdudiyyətlər var, lakin belə cinslərin siyahısı yoxdur. Hüquqşünas Qərb ölkələrindən nümunə götürərək belə siyahının tətbiq edilməsinə çağırıb.

İoseliani bəzi cins itlərin saxlanmasını qadağan edən qanun layihəsinin hazırlanmasında Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyinin də iştirak etdiyini bildirib.

"Bu məhdudiyyət qüvvəyə minərsə, geriyə qüvvəsi olmayacaq. Qadağan edilən cinsdən iti olan heyvanın sahibi onu evtanaziya etməli və ya başqa ölkəyə aparmalı olmayacaq", - İoseliani əlavə edib.

Milli.Az