Zelenski: Ukrayna özünü müdafiə etməyi bacarır

19 Oktyabr 2022 08:40

Düşmən ona qarşı nə planlaşdırsa da, Ukrayna özünü müdafiə etməyi bacarır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sonuncu videomüraciətində bildirib.

Dövlət başçısı hava hücumundan müdafiə sistemlərini verən ölkələrə təşəkkür edərək qeyd edib ki, artıq Ukraynanın HHM sistemi möhkəmlənib.

Milli.Az