Bayden yeni qanadlı raketlərin hazırlanmasına qarşı çıxıb

19 Oktyabr 2022 08:31

ABŞ prezidenti Co Baydenin administrasiyası donanma üçün yeni qanadlı raketlərin hazırlanması layihəsini maliyyələşdirməyib (SLCM-N).

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bayden bildirib ki, ABŞ-ın "SLCM-N" raketlərinə ehtiyacı yoxdur. Yeni raketin layihələndirilməsi dgər prioritetlərə, o cümlədən nüvə arsenalının modernləşdirilməsinə zityan vura bilər.

Ağ Evdə hesab edirlər ki, ölkədə kifayət qədər raket ehtiyatı var. Yeni raketlərin hazırlanması donanmada əməliyyatların mürəkkəbləşməsinə səbəb ola bilər.

Milli.Az