Avropada qaz ucuzlaşdı

18 Oktyabr 2022 23:47

Avropada qazın qiyməti iyunun 15-dən bəri ilk dəfə olaraq hər min kubmetr üçün 1100 dollardan aşağı düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, gün ərzində qiymətlər 12 faizdən çox ucuzlaşıb.

Minimum olaraq yanacağın qiyməti min kubmetr üçün 1090,4 dollara çatıb.

Qazın qiymətinin aşağı düşməsi Avropada yeraltı qaz anbarlarının (QQS) vaxtından əvvəl doldurulması ilə bağlıdır. Hazırda anbarlar 92,37 faizə çatıb.

Milli.Az