Ərdoğan Azərbaycan xalqını təbrik etdi

18 Oktyabr 2022 20:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı bu gün rəsmi tvitter hesabında paylaşım edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr - Müstəqilliyin Bərpası Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram".

Milli.Az