Azərbaycan Elm Fonduna İcraçı direktor təyin edildi

18 Oktyabr 2022 16:08

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, 45 yaşlı M.İmanova indiyədək Prezident yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru olub. Dövlət başçısının oktyabrın 15-də imzaladığı fərmanla Prezident yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb.

Milli.Az