Hava nəqliyyatında sərnişindaşıma tarifləri ucuzlaşıb

12 May 2010 13:47
Milli.Az xəbər portalı Dövlət Statistika Komitəsinin internet saytına istinadən xəbər verir ki, ay ərzində yükdaşıma tarifləri dəniz nəqliyyatda 7,0 faiz artıb, dəmir yolu nəqliyyatında isə 2,1 faiz aşağı düşüb. Hava nəqliyyatında sərnişindaşıma tarifləri 0,3 faiz ucuzlaşıb.

Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 0,7 faiz artıb, ölkədən kənara yük göndərilməsi üzrə 4,9 faiz, ölkəyə yük gətirilməsi üzrə 2,9 faiz, tranzit yüklərin daşınması üzrə isə 0,2 faiz aşağı düşüb.

Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrarası yükdaşıma tarifləri 14,5 faiz artıb. Hava nəqliyyatında MDB və uzaq xaric ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,6 və 0,4 faiz ucuzlaşıb.

Milli.Az