BDU-nun 3-cü kurs tələbəsi vəfat etdi

18 Oktyabr 2022 12:08

Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Rəhiməxanım Məmmədova vəfat edib. 

Milli.Az xəbər verir ki, bu barədə universitetin rəsmi səhifəsi məlumat yayıb. 

R. Məmmədovanın Kimya fakültəsində təhsil aldığı deyilir. 

BDU-nun mətbuat xidmətindən saytımıza bildirilib ki, tələbə ağciyər çatışmazlığından dünyasını dəyişib. 

Milli.Az