Almaniyanın Hessen şəhərinin Ginsheim-Qustavsburq kommunasında polisin saxlamağa çalışdığı şəxs müqavimət göstərərək xidməti iti dişləyib.
Milli.Az bildirir ki, bu barədə Associated Press xəbər verib.
Hadisə şahidləri gecə saatlarında 29 yaşlı iki kişi ilə 35 yaşlı qadın arasında baş verən mübahisəni dayandırmaq üçün polisə müraciət ediblər. Asayişi pozanlar özlərini çox aqressiv aparıblar və polislərin tələblərinə tabe olmaqdan imtina ediblər.
Həbs zamanı 35 yaşlı qadın polis əməkdaşının üzünə vurub, 29 yaşlı kişi isə iti dişləyib. Heyvan ciddi xəsarət almayıb.
İrfan Vəliyev
Milli.Az