Ukraynada yenidən ölkə boyu həyəcan siqnalı verilir

18 Oktyabr 2022 10:23

Bu gün səhər saatlarında bütün Ukrayna ərazisində hava hücumu təhlükəsi elan edilib.

Milli.Az xəbər verir ki, son olaraq həyəcan siqnalı Zakarpatya vilayətində verilib. 

Məlumata görə, Xarkovda 5 dəqiqə ərzində bir neçə partlayış baş verib. Partlayış səbəbindən Xarkovda qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Stansiyalar hazırda sığınacaq olaraq istifadə olunur.

Milli.Az