"Google" Azərbaycanı belə təbrik etdi - FOTO

18 Oktyabr 2022 10:16

"Google" axtarış sistemi Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə özünəməxsus şəkildə təbrik edib.

Milli.Az bildirir ki, bu münasibətlə axtarış sisteminin Azərbaycan seqmentinin əsas səhifəsində dövlət bayrağımız dalğalandırılıb.

Əlavə olaraq, axtarış nəticələrinin əks olunduğu səhifənin yuxarı sol hissəsinə də üçrəngli bayrağımız yerləşdirilib.

Milli.Az