Ötən axşam aktrisa Pərvin Abıyeva özünə dəmdəskahlı doğum günü məclisi keçirib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, 31 yaşına qədəm qoyan aktrisa ad gününü paytaxt restoranlarının birində keçirib.
Pərvini təbrik etmək üçün özəl olaraq Xalq artisti Aygün Kazımova gecəyə qatılıb.
Pop diva sevilən və hit mahnılarını P.Abıyeva ilə birlikdə səhnədə ifa edib.
Diqqət çəkən məqam isə Aygünün Pərvinə hədiyyə etdiyi böyük qızıl gül çələngi olub.
Milli.Az