"Qəti surətdə təkzib edirik" - MN-dən erməni yalanı ilə bağlı AÇIQLAMA

18 Oktyabr 2022 09:42

"Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır".

Bu sözlər Müdafiə Nazirliyindən Milli.Az-a daxil olan məlumatda bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin məlumatında qeyd olunub.

Milli.Az