Benzemanın uşaqlıq görüntüləri yayıldı - VİDEO

18 Oktyabr 2022 18:24

Fransanın "Olimpik Lion" klubu hücumçu Kərim Benzemanın uşaqlıq və gənclik görüntülərini paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, paylaşım futbolçunun "Qızıl Top"a layiq görülməsi münasibətilə edilib.

Qeyd edək ki, hazırda Madrid "Real"ının oyunçusu məhz Lion klubunun yetirməsidir.

Milli.Az