Sumqayıtda 37 yaşlı kişini avtomobil vurub

18 Oktyabr 2022 08:48

Sumqayıt şəhərində 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Aslanov Qoşqar Şahmalı oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlifdərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az