Gəncədə 2 nəfər bıçaq xəsarətləri alıb

18 Oktyabr 2022 08:18

Gəncə şəhərində 2 nəfər bıçaq xəsarətləri alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Gəncə şəhər sakini, 22 yaşlı F.Paşayev və 38 yaşlı E.Əliyev bıçaq xəsarətləri alıblar. Hadisə şəhər ərazisində yerləşən çayevlərinin birinin qarşısında qeydə alınıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların hansı şəraitdə xəsarət aldıqları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az