Şri-Lankalı yazıçı “Buker” mükafatının qalibi olub

18 Oktyabr 2022 08:53

"Buker" mükafatının 2022-ci il üzrə qalibi müəyyən olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mükafatının 2022-ci il üzrə qalibi "Maali Almeydanın yeddi ayı" romanı ilə Şri-Lankalı yazıçı Şehan Karuntilaka olub.

Şehan Karuntilaka 1975-ci ildə Şri-Lankada anadan olub.

Müəllif daha çox "Çinli: Pradipe Metyu haqqında əfsanə" romanı ilə dünya şöhrəti qazanıb.

"Maali Almeydanın yeddi ayı" əsəri müəllifin sayca ikinci romanıdır.

Milli.Az