İlin ən yaxşı komandası müəyyənləşib

17 Oktyabr 2022 23:54

2022-ci ilin ən yaxşı komandası açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qalib "France Football"un təsis etdiyi tədbirdə mükafatlandırılıb.

"Qızıl top"un Parisdəki təltifetmə mərasimi çərçivəsində ilin ən yaxşı komandası İngiltərə Premyer Liqasının son qalibi "Mançester Siti" olub.

Bu mükafat "France Football" tərəfindən ikinci dəfə təqdim edilib. İlk mükafata ötən il "Çelsi" layiq görülüb.

Milli.Az