Rusiyadan Ermənistana qaz verilişi dayandırılacaq

17 Oktyabr 2022 22:35

Oktyabrın 18-19-da Rusiyadan Ermənistana qaz verilişi təmirlə əlaqədar dayandırılacaq.

Milli.Az "report"a istinadən bildirir ki, "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri aparılacaq.

Bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.

Qeyd edək ki, "Qazprom" Ermənistana təbii qazın yeganə tədarükçüsüdür.

Milli.Az