İlk dəfə ukraynalı qadınlar əsirlikdən azad edildilər

17 Oktyabr 2022 22:08

108 ukraynalı qadın Rusiya əsirliyindən azad edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.

Yermakın sözlərinə görə, bu, müharibə dövründə qadın əsirlərin ilk mübadiləsidir:

"Biz bu gün daha bir genişmiqyaslı məhbus mübadiləsi həyata keçirə bildik. Biz 108 qadını əsirlikdən azad etdik. Bu, ilk qadın əsir mübadiləsi idi".

Milli.Az