AEBA: Zaporojye AES yenidən elektrik şəbəkəsindən ayrılıb

17 Oktyabr 2022 21:48

Zaporojye AES-i 750 kilovoltluq elektrik xəttindən ayırıb və hazırda enerjini ehtiyat sistem vasitəsilə alır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin bəyanatında deyilir.

Şəbəkədə gərginliyin azalmasına cavab olaraq avtomatik mühafizə işə salınıb.

Son 10 gün ərzində Zaporojye AES üçüncü dəfə bu şəbəkədən ayrılıb.

Milli.Az