Dəlidağ silsiləsi ordumuzun nəzarətinə necə keçdi? - Bütün sirlər açılır - VİDEO

17 Oktyabr 2022 17:16

44 günlük vətən müharibəsinin 20-ci günü. Azərbaycan ordusu cəbhənin cənub cəbhəsində əməliyyatları intensivləşdirir. Strateji hesab olunan Dəlidağ silsiləsi bölmələrimizin nəzarətinə keçir. Suqovuşan istiqamətində isə düşmənin əks hücumunun qarşısı alınır. Ərazidəki Ermənistan silahlı qüvvələrin məxsus bunker isə hərbi hava qüvvələri tərəfindən darmadağın edilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, oktyabrın 16-sında cənub cəbhəsində azərbaycan ordusu xudafərin istiqamətinə yönəlir.  

Ordumuz bu istiqamətdə bəzi yüksəklikləri hədəf olaraq seçir və istəyinə nail olur. Bir güllə belə atılmadan Dəlidağ silsiləsi ordumuzun nəzarətinə keçir. Əməliyyat zamanı düşmən qüvvələri də bölmələrimiz tərəfindən pusquya salınır.

Eyni zamanda Suqovuşan istiqamətində döyüşlər davam edirdi. Ermənistan silahlı üvvələri bu istiqamətdə əks hücum cəhdləri edirdilər. Bu cəhdlərin qarşısını alınmaq üçün ilk olaraq onların komando idarəetmə məntəqəsi hədəf seçilir.

Suqovuşan ərazisində yerləşən düşmən bunkerlərinə atılan mərmilərin faydası olmur. Hərbi hava qüvvələrimiz bunkeri məhv etmək üçün dəqiq atış etməyi qərara alırlar.

Qeyd edək ki, müharibənin 20-ci günü Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri Azərbaycan Ordusu Tərəfindən azad edilir. 

Milli.Az