Xalq artistinin dul arvadını soyana 8 il həbs verildi

17 Oktyabr 2022 14:26

Rusiyanın Xalq artisti Aleksandr Qradskinin dul arvadının qarət edilməsinin iştirakçısı olan Umedjon Jabborov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az olay-a istinadən yazır ki, bu barədə "Telegram 112" kanalı məlumat yayıb.

Prosesdə Jabborov təqsirini tam etiraf edib. İstintaq göstərib ki, o, 2022-ci ilin yanvarında digər əlaltıları ilə birlikdə Mərkəzi Dairəvi yolunda Marina Kotaşenko-Qradskayanın avtomobilinə minərək qəza törədib.

Kotaşenko maşından düşəndə hücuma məruz qalıb, kotecə getməyə məcbur olub və orada 100 milyon rubl olan çantanı cinayətkarlara verib.

Milli.Az