Yaponiya ordunu hərbi əməliyyatlara hazırlayır

17 Oktyabr 2022 14:03

Yaponiya hökuməti 2023-cü maliyyə ilində ordunun uzunmüddətli hərbi əməliyyatlar aparmaq qabiliyyətini gücləndirməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida söyləyib.

"Vacib məqamlardan biri uzunmüddətli hərbi əməliyyatlar aparmaq üçün potensialın formalaşdırılması, eləcə də müvafiq müdafiə strukturlarının gücləndirilməsi olacaq", - baş nazir vurğulayıb.

Milli.Az