Masallıda ağır qəza: ölən var

17 Oktyabr 2022 09:33

Masallıda 84 yaşlı kişini avtomobil vurub.

Milli.Az xəbər verir ki, hadisə Ərkivan qəsəbəsi ərazisində baş verib.

Samir Nurəliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən 1938-ci il təvəllüdlü Nurəddin Bağırovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az