Konsert zamanı müğənni səhnədə vəfat etdi

17 Oktyabr 2022 11:07

Haitili müğənni Mikaben Benjamin 41 yaşında dünyasını dəyişib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Parisdə "Carimi" qrupu ilə konserti zamanı vəfat edib.

Xarici mediada ifaçının ürəktutmasından həyatını itirdiyi bildirilir.

Mikaben səhnəyə "Ou Pati" kompozisiyasını ifa etmək üçün dəvət edilib. Onun ifadan sonra ürəyi gedib, həkimlərin müdaxiləsinə baxmayaraq, müğənnini xilas etmək mümkün olmayıb.

Milli.Az