PSJ-yə qələbə üçün 1 qol bəs etdi

17 Oktyabr 2022 08:49

Fransa çempionatında 11-ci tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, dünən daha 7 qarşılaşma baş tutub.

"Monako" "Klermon"la ev oyunundan xal itkisi ilə ayrılıb. Lion "Olimpik"i "Renn"ə uduzub. Turun mərkəzi matçında isə lider PSJ Marsel "Olimpik"ini minimal hesabla üstələyib.

11 turdan sonra PSJ 29 xalla vahid liderdir. 26 xala malik "Loryan" ikinci, 24 xalı olan "Lans" isə üçüncüdür. Marsel "Olimpik"i 23 xalla dördüncü, "Monako" 21 xalla altıncı, Lion "Olimpik"i isə 14 xalla onuncudur.

Fransa, Liqa 1
11-ci tur
14 oktyabr

Strasburq - Lill 0:3
Qol: David, 41-pen; 76. Kabelya, 80.

15 oktyabr

Loryan - Reyms 0:0

Lans - Monpelye 1:0
Qol: Said, 68.

16 oktyabr

Tuluza - Anje 3:2
Qol: Deyager, 10. Van den Bomen, 40. Spirinqs, 67 - Bentaleb, 33. Salama, 90+2.

Oser - Nitsa 1:1
Qol: Da Kosta, 42 - Delor, 20.

Nant - Brest 4:1
Qol: Simon, 35-pen. Qanaqo, 36. M.Məhəmməd, 71. Sissoko, 88 - Fadiqa, 18.

Renn - Olimpik (Lion) 3:2
Qol: Terrye, 38; 77. Quiri, 47 - Lakazette, 23; 72.

Trua - Ayaçço 1:1
Qol: Porozo, 76 - El İdrissi, 88.

Monako - Klermon 1:1
Qol: Embolo, 31 - Anriç, 53.

PSJ - Olimpik (Marsel) 1:0
Qol: Neymar, 45+1.

Milli.Az