Ukraynada Rusiyaya məxsus 2 tank vurulub

17 Oktyabr 2022 08:26

Ukraynanın cənubunda Rusiyaya məxsus 2 tank vurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində ölkənin cənubunda Rusiyaya məxsus 2 tank, 3 haubitsa, 3 "Qiasint" topu, "Tor" zenit-raket kompleksi, radioelektron mübarizə stansiyası və 3 zirehli texnika məhv edilib, 50 hərbçi zərərsizləşdirilib.

Milli.Az