Zelenski xalqa müraciət edib

17 Oktyabr 2022 07:32

Ukrayna Prezidenti Volodimir Zelenski televiziya ilə xalqa müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prezident Donbasda ağır döyüşlər getdiyini bildirib.

Zelenski Baxmut və Soledarda döyüşən hərbçilərə minnətdarlıq edib, ölkənin cənubunda ağır döyüşlər getdiyini bildirib.

Dövlət başçısı həmçinin əhalini axşam saatlarında elektrik enerjisinə qənaət etməyə çağırıb.

Milli.Az