"Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək planını dəyişib. Hazırda onlar Dneprdə, Kaxovka su anbarının qərb hissəsinə cəmləşiblər".
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Biz Rusiya iləyik" hərəkatının sədri Vladimir Roqov deyib.
"Əvvəllər Kiyev hakimiyyəti dəfələrlə Kaxovka su anbarının şimal və şimal-şərq hissəsindən Dnepr çayını Nikopol, Marqanets, Belenkinə doğru çıxmağa cəhd göstərib. Ancaq indi cəhdlərinin nəticəsiz olduğunu anlayaraq, planlarını dəyişib və qüvvələrini burada - Dneprdən aşağı su anbarının qərb, şimal-qərb və cənub-qərb hissəsində cəmləşdiriblər", - o bildirib.
Vladimir Roqovun sözlərinə görə, Ukrayna qoşunları əməliyyat üçün Zolotaya Balka, Osokorovka (Xerson vilayəti) və Pokrovskoye (Dnepropetrovsk vilayəti) kəndləri ərazisində cəmləşməyə çalışır.
Milli.Az