“Qarabağ”ın rəqibi darmadağına sevindi

16 Oktyabr 2022 23:23

Fransa çempionatında 11-ci turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda "Brest"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyunda darmadağınla qalib gəlib - 4:1.
 
"Nant" 11 turdan sonra 10 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. "Qarabağ" bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

Milli.Az