"Müharibə səmərəsiz bir üsuldur: heç vaxt problemləri həll etmir"

16 Oktyabr 2022 21:34

Roma Papası Fransisk yeni dünya nizamının yaradılmasına çağırış edib.

Milli.Az xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.

"Müharibə səmərəsiz bir üsuldur: heç vaxt problemləri həll etmir. Yəmən, Liviya və ya Suriya, bir neçə müasir misal gətirsək, hansı ölkə münaqişələrdən əvvəlkindən daha yaxşı yaşayır?", - Papa bildirib.

Fransisk vurğulayıb ki, Ukrayna münaqişəsi Qərbin mərkəzində milyonlarla insanın vicdanını uzun müddətdir mövcud olan humanitar faciənin sərt reallığı ilə üz-üzə qoyub.

"Dialoq, danışıqlar, dinləmə bacarığı, diplomatik bacarıq və silahdan çəkindirmək birgəyaşayış sistemi qurmağa qadir olan uzaqgörən siyasətdir", - Roma Papası əlavə edib. (publika.az)

Milli.Az