ABŞ İrandan tələb etdi: Dərhal azad et!

16 Oktyabr 2022 20:33

İrandan qeyri-qanuni həbsdə olan Amerika vətəndaşlarını dərhal azad etməyi tələb edirik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"İran qeyri-qanuni həbsdə olan vətəndaşlarımızın təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır və onlar dərhal azad edilməlidir", - Prays bildirib.

O əlavə edib ki, ABŞ Tehran həbsxanasında (Evin zindanı - red.) yanğınla bağlı xəbərləri izləyir.

Milli.Az