Mənsum İbrahimov şəhid qardaşı oğlunun məzarını ziyarət etdi - FOTO

16 Oktyabr 2022 19:41

Xalq artisti Mənsum İbrahimov şəhid qardaşı oğlu İsrafil İbrahimovla bağlı paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətkar şəhid İsrafil İbrahimovun doğum günü ilə əlaqədar Ağdama yollanaraq, məzarını ziyarət edib.

Xanəndə ziyarət zamanı çəkilən şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.

Milli.Az