Yerə 30 min təhlükəli asteroid yaxınlaşır

16 Oktyabr 2022 16:52

Yerə 30 minə yaxın təhlükəli asteroid yaxınlaşır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, asteroidlər planetin orbital yolundan 45 milyon km aralıdadır. Onların potensial təhlükə mənbəyi olduğu bildirilir. Belə ki, kosmik obyektin planetimizlə toqquşması halında qlobal fəlakət yarana bilər. Buna görə də onlara ciddi nəzarət edilir.

Asteroidlərdən 50-nin eni 140 m-dən çoxdur. Bu ölçüdə olan kosmik obyekt bir şəhəri məhv etməyə qadirdir.

Qeyd edək ki, bütün asteroidlər Avropa Kosmik Agentliyinin Yerə Yaxın Obyektlər üzrə Koordinasiya Mərkəzi və NASA-nın Obyektlərin Tədqiqi Mərkəzi tərəfindən izlənilir.

Milli.Az