Hayner yenidən "Bavariya"nın prezidenti seçildi

16 Oktyabr 2022 11:00

Herbert Hayner yenidən Almaniyanın "Bavariya" klubunun prezidenti seçilib.

Milli.Az report-a istinadən xəbər verir ki, 68 yaşlı funksioner seçkidə böyük səs çoxluğu ilə qalib gəlib.

Qeyd edək ki, Herbert Hayner 2019-cu ildən ölkə çempionuna rəhbərlik edir. O, bu postda Üli Hönessi əvəzləyib.

Milli.Az