"Əhməd haradadır?"ın aktyorları 59 il sonra

16 Oktyabr 2022 00:44

1963-cü ildə lentə alınan "Əhməd haradadır?" filmində rol alan aktyorlar - Əməkdar artist Elxan Qasımov və gürcü aktrisa Nonna Paçuaşvili 59 ildən sonra bir araya gəlib.

Bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Qeyd edək ki, ekran işində Elxan Qasımov sürücü Əhmədi, Nonna Paçuaşvili isə Ceyran obrazını canlandırıb.

Milli.Az