"Mahkum" final edir

15 Oktyabr 2022 23:59

"Fox" telekanalında yayımlanan "Mahkum" serialı final edir.

Ekran işi 31-ci bölümdə izləyicilərinə vida edəcək.

Buna səbəb layihənin son mövsümdə gözlənilən reytinqi toplamaması olub.

Qeyd edək ki, serialın baş rollarını Onur Tunayla İsmayıl Hacıoğlu canlandırır.

Milli.Az