Dağıstanda baş verən iki yol qəzasında 5 nəfər ölüb

15 Oktyabr 2022 23:34

Dağıstanda yolun eyni hissəsində bir neçə dəqiqəlik fərqlə baş verən iki qəzada 5 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat verilib.

Kreml qismən səfərbərliyin elan olunmasının səbəbini açıqlayıb
Bildirilib ki, ölənlər arasında uşaq da var.

"Yolun eyni hissəsində bir neçə dəqiqəlik fərqlə iki qəza baş verib. Bir qəzada biri uşaq olmaqla üç nəfər, ikincidə iki nəfər ölüb", - deyə məlumatda qeyd olunub.

Polis hər iki hadisənin başvermə səbəbini araşdırır.

Milli.Az