Salyanda yol qəzası baş verib, doqquz yaralı var

15 Oktyabr 2022 23:27

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az