Binəqədidə iki avtomobil yanıb

15 Oktyabr 2022 20:27

"Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyininə istinadla xəbər verir ki, hadisə Bakı şəhərinin Binəqədi rayonunda olub.

Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğını yanğından mühafizə bölmələri söndürüb.

Milli.Az