ATV mənim ilk iş yerim olmasa da, karyeramda maraqlı səhifə açdığım bir iş yerim olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri xəbər aparıcısı Pərvin Əsgərli ATV telekanalından ayrılması haqda danışarkən deyib.
O, uzun illər ATV-də çalışdığını bildirib:
"7 ilə yaxın ATV telekanalında çalışdım. Daha maraqlı təkliflər oldu və mən onları dəyərləndirdim. Növbəti iş yerim haqda isə gələn həftə açıqlama verəcəm".
Milli.Az