Qarabağda erməni vəhşilikləri barədə həqiqəti dünyaya çatdırmaq lazımdır.
Bunu Trend-ə şənbə günü xarici ekspertlər və QHT-lərdən ibarət nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndinə səfəri zamanı niderlandlı yazıçı, Qarabağda müharibə və soyqırım barədə kitabların müəllifi Henri van Rens deyib.
"İnsanlar bu cür hadisələr törədə bilməz. Əsgərlər məftillə bağlanaraq diri-diri basdırılıb. Bu, çox qorxuncdur", - deyə o bildirib.
Onun sözlərinə görə, əksər ölkələr Ermənistanın hərbi cinayətləri barədə məlumatlara və burada baş vermiş hadisələrin açılmasına lazımi diqqət ayırmır.
Yazıçı qeyd edib ki, öz fəaliyyəti ilə insanların erməni əsgərlərin qəddarlığı və vəhşiliyi barədə həqiqətləri öyrənməsinə çalışacaq.
Milli.Az